“Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na əsasən barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə 04 avqust 2017-ci il tarixində Respublika Komissiyasının yekun iclası keçirilib.
Komissiyanın iclasında barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 10 rayon kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılıb və 1035 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 106307.16 kq yaş baramanın hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 531535.80 manat məbləğində subsidiyanın verilməsi qərarlaşdırılıb.
Qeyd edək ki, Respublika Komissiyası tərəfindən 2017-ci ildə ölkə üzrə ümümilikdə 2421 barama istehsalçısına 239790.78 kq yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 1198953.90 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.