Əmanətlərin Sığortalanması Fondu tərəfindən 5 iyun 2017-ci il tarixində “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 220 min manat “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 milyon 968 min manat , “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 min manatdan artıq kompensasiya ödənilib.
05 iyun 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 350 min manat , “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 004 min manatdan artıq kompensasiya edilib.
Eyni tarixdə “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 437 milyon 359 min manatdan artıq, Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 777 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 458 min manatdan artıq kompensasiya edilib.
Qeyd edək ki, fond tərəfindən 11 bank üzrə ödənilən kompensasiyanın həcmi 734 milyon 131 min manatdan artıq olub.