Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 550 min manat olmaqla, onlardan 3 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 99 min manatı kompensasiya olunan əmanətlərdir. 10 oktyabr 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 837 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 191 min kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 441 manat kompensasiya ödənilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 408 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 222 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72 196 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 914 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 88 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 352 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 4 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 10 oktyabr 2017-ci il tarixində başa çatıb. Ümumilikdə QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 437 745 min manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, Fond tərəfindən 11 bank üzrə 747 937 min manatdan artıq kompensasiya ödənilib.