Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha 16 nəfər işsiz və işaxtaran vətəndaşa biznes-planlarına uyğun ailə təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) təqdim olunub.
Beləliklə, nazirliyin xətti ilə verilmiş aktivlər hesabına yaradılan ailə təsərrüfatlarının sayı artıq 1150-yə çatıb. Proqram iştirakçılarının 300 nəfərə qədərini qadınlar, qalanlarını kişilər təşkil edir. Eyni zamanda, 280 nəfər gənc, 60 nəfər əlilliyi olan şəxs də özünüməşğulluq proqramına cəlb olunub.
Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s. ), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir.