Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərkən bildirib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin tətbiqi ilə bağlı işlər müvəfəqiyyətlə icra edilir. Onun sözlərinə görə, artıq 12 rayonda elektron kadastr uçotu işləri yekunlaşıb.
O, həmçinin, qeyd edib ki, 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.