“1232 aztəminatlı ailə öz kiçik ailə biznesini qurub”

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Diplomatik Akademiyasının (ADA) dəvəti ilə ölkəmizdə səfərdə olan Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Maykl Şerradenlə görüş olub.
Görüşdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də iştirak edib. M.Şerraden sosial inkişaf, habelə innovasiyaların test edilməsi və onların dövlət siyasətinə təsirləri üzrə səmərəli elmi araşdırmaları ilə dünyada tanınan alimlərdən biridir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda aparılan sosial müdafiə siyasətində aktiv tədbirlərə xüsusi önəm verilməklə məşğullluq amilinin ön planda dayandığını qeyd edib. Nazir bildirib ki, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidinə imkan yaradılması əsas hədəflərdəndir. Ölkəmizdə dövlət səviyyəsində icra olunan özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaları üçün onların aktivlər formasında dəstəklənməsi təmin edilir. Cari ildə 1232 aztəminatı ailə həmin proqram çərçivəsində öz kiçik ailə biznesini qurub və bu sahədə ölkəmizdə ilkin təcrübə müsbətdir. Növbəti ildən tətbiqinə başlanılacaq işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə vəsaitlərinin 40 %-ə qədəri bu proqramın genişləndirilməsinə yönəldiləcək və cari ildə olduğundan təqribən 5 dəfə çox aztəminatlı ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır