14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb

2017-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18 rayonda çöl geodeziya ölçmə işləri yekunlaşıb. Bunlardan 14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb.

BBN.az xəbər verir ki, Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması nəticəsində bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb.

Qeyd edək ki, təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq. Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında “Azərkosmoc” ASC-in kosmik imkanlarından – süni peyklərin məlumatlarından istifadə olunur. Bu imkanların tətbiqi  ilə torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır