14,3 min nəfər şəxs sosial xidmət sistemi ilə əhatə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda 14,3 min nəfər şəxs səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Onlardan 1 089 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayanlardır.

Sosial xidmətlərlə təmin olunanlardan 11 209  nəfər tənha ahıl və əlilliyi olan şəxsə isə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının sosial işçiləri tərəfindən səyyar formada olmaqla evlərində sosial-məişət xidməti göstərilir.

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlardan ibarət  2 min nəfərdən çox uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır