147 dövlət əmlakı özəlləşdiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu hərracda 147 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq.

Bunlardan 62-si kiçik dövlət müəssisə və obyekti, 54-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 20-45%-ni təşkil edir.

Hərrac haqqında daha ətraflı məlumatı keçid vasitəsilə əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır