Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
BBN.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, budəfə müxtəlif çeşidli 148 dövlət əmlakı hərraca çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyətləri, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-i istifadəsiz qeyri-yaşayış sahəsidir.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Yevlax, İsmayıllı, Sabirabad, Yevlax, Zərdab, Şirvan, Xızı bölgələrində və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 19 kv.m ilə 4 min 386 kv.m arasında dəyişir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.
Qeyd edək ki, Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür.