153 mln. manat bankların əlində qaldı

10 aprel 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 353,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,58% təşkil etmişdir.

Mərkəzi Bank elan etdiyi depozit hərracının məbləği isə 200 mln. manat idi.

Beləliklə, banklar əlavə 153,5 mln. manatı Mərkəzi Bankda yerləşdirə bilmədilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır