Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 29-u keçirilməsi nəzərdə tutulan yeni hərrac elan edib. Hərraca ümumilikdə 159 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 64-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakən Əmlak Kompleksidir. 550 min manata təklif olunan müəssisənin torpaq sahəsi 90 min kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır.
Bundan başqa Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat 542 min 500 manata, paytaxtın Nizami rayonunda olan “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 537 min 500 manata hərraca çıxarılıb.
Hərracla bağlı ətraflı məlumat almaq üçün keçidə daxil olun.
Xatırladaq ki, bu il ərzində Əmlak Məsələləri Dövlət Komitəsində 364 əmlak özəlləşdirilib.