“1,6 milyondan çox yeni iş yeri açılıb”

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin 106-cı sessiyasında iştirak edib.  Nümayəndə heyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.

Sessiyanın plenar iclasında çıxış edən S.Müslümov strateji hədəflərin düzgün müəyyən olunmasının hər bir ölkədə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri olduğunu vurğulayıb: “Qlobal maliyyə böhranının mənfi təsirlərinə baxmayaraq, iqtisadiyyatın liberallaşdırılması, o cümlədən güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması üzrə islahatlar son on ildə orta aylıq əməkhaqqını 3,3 dəfə, orta aylıq pensiyanı isə 4,7 dəfə artırmağa imkan verib, ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizliyin səviyyəsi isə 5 faizdən aşağı enib, 1,6 milyondan  çox yeni iş yeri açılıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır