16 mindən çox vergi ödəyicisinin uçotu ləğv edilib

2017-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 16 min təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçib.

Hesabat dövründən qeydiyyatdan keçən NKA-ların sayı 8 540, POS-terminalların sayı 3 415 olub. Bu dövr ərzində 94 712 vergi ödəyicisi fəaliyyətini dayandırıb, 16 661 vergi ödəyicisinin uçotu ləğv edilib. Bu da həmin dövrdə qeydiyyata alınan və fəaliyyətini bərpa edən vergi ödəyicilərinin sayından 30 993 vahid azdır. Belə ki, hesabat dövründə 103 968 vergi ödəyicisi qeydiyyata alınıb və 38 398 vergi ödəyicisi fəaliyyətini bərpa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır