161 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə ayın ilk hərracı keçiriləcək.

Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 161 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 55-i istifadəsiz qeyri-yaşayış sahəsi, 21-i səhmdar cəmiyyətləri 9-u isə nəqliyyat vasitələridir.

Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 28 min 572 manatla 850 min 208 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 128 min manata yaxındır. Bundan başqa qiyməti ilə digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 126 min manata yaxın təklif olunur.

Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır