17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 may bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Bu ümumbəşəri tarixin qeyd olunması Beynəlxalq Teleqraf  İttifaqının əsasının qoyulması ilə bağlıdır. Hazırda bu qurum Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanır.

Qeyd edək ki, bu günün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır