2 bankın balansında olan qeyri-yaşayış sahəsi hərraca çıxarılır

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 3 ədəd və ləğv prosesində olan QSC “Bank Standard” KB-nın balansında olan 1 ədəd qeyri-yaşayış sahəsini hərrac yolu ilə icarəyə çıxardır.

Auksion 5 yanvar 2018-ci il tarixində  saat 12:00-da Fondun Bakı şəh., Babək pros.16 ünvanında yerləşən inzibati binasında keçiriləcək.

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır