1-4 mart 2018-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Crocus Expo” Beynəlxalq Sərgi Mərkəzində “Taxta Ev” sərgisi keçiriləcək.
BBN.az xəbər verir ki, sərginin əsas təşkilatçısı və tərəfdaşları Rusiya Federasiyasının İnşaat və Kommunal Xidmətlər Nazirliyi, Rusiya Fedarasiyası Sənaye və Ticarət Nazirliyi, Rusiya Federasiyası Sənaye və Ticarət Palatası, Memarlar İttifaqları və bir sıra inşaat şirkətləridir.
Sərgi çərçivəsində 1-2 mart tarixlərində 2-ci Beynəlxalq İqtisadi Forum keçiriləcək. Forumun əsas məqsədi ətraf mühit və sağlamlıq üçün “Yaşıl Tikinti” texnologiyasından istifadə etməklə taxta evlərin sayını artırmaq, ekomühit üçün yararlı tikinti materiallarından istifadə etməkdən ibarətdir.
Qeyd edək ki, Sərgi və Forumda iştirak etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.