Mərkəzi Bankın notlarına tələb artıb
5 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 7 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 320,429,500.00 manat təşkil edib. Sifarişlər 99.2278 manat (10.01%) qiymətində təqdim olunub.
İlk elektron hərrac keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 iyul 2017-ci il tarixində ilk electron hərrac keçirilib. Hərracda vətəndaşlar onlayn qaydada iştirak edib. Hərracda start qiyməti 2000 manat olaraq təklif edilən QAZ 3102 nəqliyyat vasitəsi rəqabətli keçən elektron hərrac nəticəsində 4200 manata özəlləşdirilib.
ADIF təqribən 740 milyon manat kompensasiya ödəyib
Əmanətlərin Sığortalanması Fondu tərəfindən Ləğv prosesində olan bankların qorunan əmanətçilərinə 11 bank üzrə 739 milyon 327 min manatdan artıq kompensasiya ödənilib.Bu banklar sırasına “Parabank” ASC, “Zaminbank” ASC, “Kredobank” ASC, “Dekabank” ASC, “Atrabank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC daxildir.
İyun ayında 2 milyon tondan artıq neft dünya bazarına çıxarılıb
2017-ci ilin iyun ayı ərzində 2 milyon 15 min 323 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.İyun ayında dünya bazarına çıxarılan neftin 1 milyon 429 min 248 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
İyun ayında 2 milyon tondan artıq neft dünya bazarına çıxarılıb
BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub
2017-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 212 min 764 ton Azərbaycan nefti nəql olunub. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər BTC-yə 334 milyon 712 min 349 ton neft vurulub.
Maliyyə hesabları barədə məlumatlar avtomatik mübadilə ediləcək
Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində maliyyə institutlarının məsul şəxsləri üçün Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi ilə bağlı seminar keçirilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanan bu standart dünyanın 100-dən çox ölkəsində tətbiq olunur. Sənəd vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin həmin dövlətlərdəki maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanmasını və həmin hesab sahiblərinin rezidentləri olduqları dövlətlərə ötürülməsini tənzimləyir.
Maliyyə hesabları barədə məlumatlar avtomatik mübadilə ediləcək