Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindədir. Missiyaya ölkəmizdə 20 şirkətin nümayəndəsi daxildir.
Səfərin ilk günü Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və “Dubay Exports”un təşkilatçılığı ilə ikitərəfli görüşlər keçiriblər. 20-ə yaxın BƏƏ şirkətinin nümayəndəsinin iştirak etdiyi görüşlərdə Azərbaycan və BƏƏ şirkətləri arasında əlaqələrin genişləndirilməsi, BƏƏ-yə ixrac imkanlarına dair müzakirələr aparılıb.
29-u tarixində isə Azərbaycan iş adamları Dubayın “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaqlar.
Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş sayca ikinci ixrac missiyasının səfəri noyabrın 30-dək davam edəcəkdir.