“IKEA”nın qurucusu və dünyanın ən zəngin adamlarından olan Ingvar Kamprad 91 yaşında həyatını itirib.
I.Kamprad “20-ci yüzilliyin ən böyük təşəbbüskarlarından biri” olaraq adlandırılıb. 1943-cü ildə “IKEA” şirkətini yaradan I.Kamprad 2015-ci ildə “Bloomberg Milyarderlər İndeksi”nə görə təxminən 43.2 milyard sərvəti ilə dünyanın ən zəngin səkkizinci adamı olaraq göstərilib.
Qeyd edək ki, Ingvar Kamprad atasının ona verdiyi hədiyyədən istifadə edərək “IKEA”nı qurub və bu ad altında məhsulları satmağa başlayıb.