20 dövlət əmlakı özəlləşdirilib

28 noyabr tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac keçirilib. Hərracda 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 7-i kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitələridir.  Bakı  şəhəri üzrə 5 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələri Bakının Sabunçu, Qaradağ və Xəzər  rayonlarında, Sumqayıt və Göygöl şəhərlərində və Cəlilabad rayonunda yerləşir. Hərracda sahibini  tapan əmlaklar xidmət, səhiyyə, iaşə sahəsinə aid olub.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Həmçinin, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 7-i paytaxtda, 1-i isə Şirvan şəhərində yerləşir. Bakı şəhərində özəlləşdirilən qeyri-yaşayış obyektləri paytaxtın Nəsimi, Nərimanov, Suraxanı, Səbail, Xətai rayonlarında yerləşir.

Qeyd edək ki, proses zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır