Azərbaycan Mərkəzi Bankının ötən il mayın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmi 2018-ci ilin son göstəricilərinə əsasən nağd pul kütləsinin 4%-ni təşkil edirdi.
BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hazırda sözügedən əskinaslar güclü qorunma fəlsəfəsinə malikdir və dövriyyədə olan nağd pul kütləsinin 5%-ni (400 mln. manat) təşkil edir.