2016-cı ildə 4 qrant müqaviləsi qeydiyyata alınıb

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, kommersiya hüquqi şəxslərin müraciətləri əsasında İqtisadiyyat Nazirliyi tərəfindən 2016-cı ildə 4 qrant müqaviləsi (qərarı) qeydiyyata alınıb. Qeydiyyata alınmış qrant müqavilələri müxtəlif valyutalarda olmaqla 822 min ABŞ dolları və 15 min manat təşkil edib.
Qrant vəsaitləri məcburi köçkün və aztəminatlı əhali qrupları arasında sahibkarlığın inkişafına yardım göstərmək üçün güzəştli kreditlərin verilməsi, kənd ərazilərinin maliyyə baxımdan birləşməsi üçün məsləhət xidmətləri və təlimlərin maliyyələşdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə elektron sifariş-təchizat sisteminin qurulması, sahibkarların biznesin idarə edilməsi sahəsində bilik və bacarıqlarının artırılması üçün təlim və seminarların təşkili, onlara biznes sahəsində məsləhətlər verilməsi kimi istiqamətlərə yönəldilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır