2017-ci ildə ən çox müraciət olunan dövlət orqanlarının rəsmi internet resurslarının adı açıqlanıb.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən BBN.az-a verilən məlumata əsasən, ən çox istifadəçi müraciətləri arasında “Azərbaycan Hava Yolları” QSC – AZAL (azal.gov.az), Tələbə Qəbulu üzrə Dövlət Komitəsi – TQDK (tqdk.gov.az), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN (asan.gov.az) domenləri ilk üçlükdə qərarlaşıb.
2017-ci ildə ümumi giriş və unikal giriş sayına görə ən çox aşağıdakı domenlərə istifadəçi müraciətləri qeydə alınıb:
Toplam giriş sayına görə
1. azal.gov.az
2. tqdk.gov.az
3. asan.gov.az
4. idmantv.az
5. edu.gov.az
6. mlspp.gov.az
7. migration.gov.az
8. mia.gov.az
9. aztv.az
10. mod.gov.az
Unikal giriş sayına görə
1. azal.az
2.idmantv.az
3. tqdk.gov.az
4. edu.gov.az
5. eco.gov.az
6. mia.gov.az
7. aztv.az
8. mod.gov.az
9. mlspp.gov.az
10. asan.gov.az
Həmçinin, hesabat müddətində dövlət orqanlarının rəsmi internet resursunlarına ən çox aşağıdakı ölkələrdən istifadəçi müraciətləri qeydə alınıb:
- Azərbaycan
- ABŞ
- Rusiya Federasiyası
- Türkiyə
- İngiltərə
- Almaniya
- Çin
- Estoniya
- Fransa
- Birləşmiş Ərəb Əmirlikləri