2017-ci ildə ARDNF-in xarici valyuta satışları 26.3% azalıb

2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 99 valyuta hərracı keçirilib.

BBN.az Mərkəzi Bankın pul siyasəti icmalına əsasən xəbər verir ki, dövr ərzində ARDNF-in xarici valyuta satışları 3597.8 mln. ABŞ dolları təşkil edib. Bu da 2016-cı il ilə müqayisədə 26.3% azdır.

Qeyd edək ki, Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 1065 mln. ABŞ dolları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır