2017-ci ildə inflyasiya təxminən 13% olub

2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12.9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 16.4%, qeyri-ərzaq mallarının qiymətləri 11.6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9.3% bahalaşıb.

BBN.az Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.0%, qeyri-ərzaq mallarının qiymətləri 0.2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır