2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24% artıb.
BBN.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin yanvar ayı üçün sayında ixrac əməliyyatlarında 1923 subyekt iştirak edib.2017-ci il ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib.
Ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə 457 subyekt tərəfindən 151.7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.
Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycandan ixrac olunun malların çeşidi də 9% çoxalıb.