2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib.
BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ildə qeyri-neft sektorunda 2.7%-lik iqtisadi artım baş verib. O cümlədən qeyri-neft sənayesində 3.7%, kənd təsərrüfatında 4.2% iqtisadi artım olub.
İqtisadi artım dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənib. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir.