2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, ölkədə davamlı inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib, dövlət başçısı bölgələrə etdiyi 30-dan çox səfər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib, tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının imzaladığı 74 Sərəncamla şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 368 milyon manat vəsait ayrılıb. Ümumilikdə, 2004-2017-ci illərdə regionların inkişafına 67,5 mlrd. manat (77,8 mlrd. dollar) vəsait yönəldilib.

2017-ci ildə regionlarda bir sıra sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, mühüm sənaye obyektlərinin tikintisinə başlanıb, sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib. Ötən il 1300 km-ə yaxın avtomobil yolu, 24 körpü və yolötürücüsü tikilib və ya təmir olunub. 863 km kənd yolu inşa olunub, 3 su və 1 günəş elektrik stansiyası, 1500-dən çox transformator və 56 yarımstansiya istifadəyə verilib, 2100 km-dən çox qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 20 rayon üzrə 67 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 93%-ə çatdırılıb. Həmçinin, regionlarda 1200 km-dən çox su, 383 km kanalizasiya xətti çəkilib, 38 içməli su artezian quyusu qazılıb və ya təmir olunub, 29 su anbarı inşa edilib, 103 yaşayış məntəqəsində modul tipli sutəmizləyici quraşdırılıb, suvarma üçün 248 subartezian quyusu qazılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır