Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin 10 ayında orta illik inflyasiya 13.7% təşkil edib.
Dövr ərzində qiymətlərin dinamikası inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri ilə dəyişib.
İnflyasiyanın xarici amilləri dəyişkən olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olub.
Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə olunub.
Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır.