2017-ci ilin birinci rübündə vergi orqanlarının büdcədənkənar fonduna 14 milyon manatdan artıq vəsait daxil olub

Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin aprel ayı üçün olan həcmini açıqlayıb.

1 aprel 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 14,472 mln. manat təşkil edib. 2016-cı ilin aprelin 1-nə bu rəqəm 5, 893 mln manat olub. Beləliklə, ötən il fonda 8 mln. 57,894 min manat çox vəsait daxil olub.

Daxil olan vəsaitdən 14 mln. 206,399 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 266, 167 min manat təşkil edib.

Xərclərə nəzər saldıqda məlum olur ki, 523,967 min manat ştatda olan işçilərin əmək haqqına, 396,246 min manat ştatdankənar işçilərin əmək haqqına, 792,860 min manat  Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.

Hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə ödəniş edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır