2018-ci il üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb

2018-ci il ərzində qiymətli kağızlar bazarında ümumilikdə 24 554.8 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 56.2% daha çoxdur. Əməliyyatların 58.7%-i (14 407.9 mln. manat) ilkin bazarda, 41.3%-i (10 146.9 mln. manat) isə təkrar bazarda aparılıb.

2017-ci illə müqayisədə qiymətli kağızlarla 11.9 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 611.8 mln. manat (bunun da 95.5%-i və ya 584.2 mln. manatı dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 16 599.1 mln. manat həcmində (205 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

2018-ci il üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır