2017-ci illə müqayisədə ötən il kənd təsərrüfatı və emal sahəsinə kredit qoyuluşunun həcmi artıb. Belə ki, 2018-ci ildə bu göstərici 40.8 mln manat artaraq 470.0 mln manat təşkil etmişdir.
Qeyd edək ki, ümumilikdə, 2018-ci ildə iqtisadiyyata kredit qoyuluşlarında bu sahəyə yönəlmiş kreditlərin xüsusi çəkisi 3.6% olmuşdur.
2018-ci il Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən cəmi kreditlər 423.4 mln manat olub. Bildirək ki, cəmi kreditlərin ümumi həcmində xarici valyuta ilə verilmiş kreditlərin xüsusi çəkisi ötən illərlə müqayisədə artaraq 20.6%-a çatıb.
Verilmiş uzun müddətli kreditlərdə əvvəlki illərlə müqayisədə artım müşahidə olunmuşdur. Belə ki, 2018-ci ildə bu göstərici ötən illə müqayisədə 6.21% artaraq 405.6 mln manata çatıb.
Qısa müddətli kreditlərin həcmində isə azalma baş verib. 2017-ci ildə 25.7 mln manat olan göstərici 2018-ci ildə 17.8 mln manata qədər azalıb.