Keçən il Azərbaycanda orta illik inflyasiya 2,3 faiz təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
O həmçinin qeyd etdi : “Keçən il orta illik inflyasiya 2,3 faiz təşkil edib. 2018-ci ildə inflyasiya 6,8 faiz proqnozlaşdırılsa da, dövr ərzində manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması inflyasiyaya azaldıcı təsir edib”.