2018-ci ilin 7 ayı ərzində BFB-də əqdlərin ümumi dövriyyəsi 2,4 dəfə artıb

Cari ilin 7 ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqaisədə 2,4 dəfə artaraq 13 mlrd. 4 mln. 43,99 min manat təşkil edib.

2018-ci ilin yanvar-iyul aylarında əqdlərin ümumi həcmində 5 mlrd. 415 mln. 568,883 min manat törəmə alətlər bazarının, bunun 4 mlrd. 688 mln. 698,602 min manatı valyuta, 726 mln. 870,282 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.

Bunda əlavə, bu ilin 7 ayı üzrə, əqdlərin ümumi həcmində 6 mlrd. 577 mln. 612,77 min manat (artım 4 dəfə) dövlət qiymətli kağızların, 556 mln. 425,453 min manat (artım 43,7%) isə Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların payına düşüb.  Hesabat dövründə ilkin bazarda AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 6 mlrd. 21 mln. 187,316 min manat (artım 4,9 dəfə) təşkil edib.

2018-ci ilin yanvar-iyul aylarında əqdlərin ümumi həcmində 405 mln. 301,6 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (azalma 13,9%). Bununla belə, ilkin bazarda Azərbaycan İpoteka Fondunun 115 mln. 446,247 min manatlıq, təkrar bazarda isə 213 mln. 170,442 min manatlıq istiqrazı yerləşdirilib. Qeyd olunan dövrdə ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 5 mln. manat, təkrar bazarda 71 mln. 684,91 min manat təşkil edib.

interfax

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır