Hasilat səviyyəsinin yüksəlməsi fonunda qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib.
SOCAR 2018-ci ilin üçüncü rübündə qazma işlərin həcmini artırmaqla, neft hasilatını sabitləşdirməyə, təbii qaz hasilatını isə önəmli dərəcədə artırmağa nail olub. Rüb ərzində SOCAR üzrə hasilat 1,9 milyon ton neft1 və 1,67 milyard kubmetr qaz2 təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,5% və 11% nisbətində çox olmuşdur. Ümumiyyətlə, 2018-ci ilin doqquz ayında respublika üzrə 29 milyon ton neft3 və 22 milyard kubmetr təbii qaz4 hasil olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə neft hasilatında təqribən 0,8%, qaz hasilatında isə 4,5% artıma nail olunduğunu göstərir.
Rüb ərzində SOCAR tərəfindən 42 min metrdən artıq5 qazma işi həyata keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 43% çoxdur. SOCAR üzrə hasilatın sabitləşməsi üçün qazma həcminin artırılması ilə yanaşı köhnə quyular da bərpa olunur, daha əvvəl istismardan çıxarılmış quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər aparılmaqla həmin quyularda hasilat bərpa olunur.
Bu ilin 9 ayı ərzində Azərbaycana 1,59 milyard m3 qaz idxal olunub6 və 6,48 milyard m3 qaz7 ölkədən ixrac edilmişdir. Ölkəyə idxal olunan və ölkədən ixrac edilən qaz həcmləri üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə, müvafiq olaraq, 22,6% və 5,8% artım qeydə alınmışdır. Cari ilin ilk 9 ayı ərzində SOCAR 871,8 milyon m3 qaz8 ixrac etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur. Xatırladaq ki, SOCAR Azərbaycanda öz imkanları ilə hasil etdiyi bütün təbii qaz həcmini Azərbaycan bazarına yönləndirir. Üçüncü tərəflərdən alınan qaz həcmləri isə əsasən ixrac üçün istifadə olunur və Azərbaycana əlavə gəlir qazandırır. Hazırda SOCAR-ın Azərbaycandakı qaz anbarlarında qış ayları üçün 3 milyard kubmetrdən çox qaz tədarük edilib.
SOCAR üzrə üçüncü rübdə xam neftin ixracı 6 milyon ton9 təşkil etmişdir. Beləliklə SOCAR-ın xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artmışdır. Rüb ərzində SOCAR üzrə Azərbaycandan 465,8 min ton neft emalı və neft-kimya məhsulu10 ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur.