2018-ci ilin ilk rübündə iPhone X sifarişləri azalacaq

Apple Inc. şirkətinin səhmləri çərşənbə axşamı günü saat 14: 30-da Nyu-Yorkda saat 2.6 % azalaraq 170.49 dollar səviyyəsində qalıb.

Sinolink Securities Co. analitiki Zhang Bin, bazar ertəsi yayımladığı hesabatda “bazar yüksək iPhone X qiymətinin növbəti ilin birinci rübündə tələbi zəiflətməsindən narahatdır”,- deyə qeyd edib.

JL Warren Capital MMC-nin məlumatına görə, iPhone X sifarişləri 2018-ci ilin birinci rübündə 25 milyon ədəd azalacaq.

Qeyd edək ki, 2017-ci ilin dördüncü rübündə sifarişlər  30 milyon ədəd idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır