SKMF tərəfindən sahibkarlara 64,4 milyon manat güzəştli kredit verilib

2018-ci ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən layihələrinin ümumi dəyəri 371 milyon manat olan 397 sahibkara geri qaytarılan kreditlər hesabına 64,4 milyon manat güzəştli kredit verilib.

BBN.az xəbər verir ki, bunun 69%-i aqrar sektorun, 31%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına, 92%-i regionların payına düşür.

2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Ümumiyyətlə, indiyədək 35 mindən çox sahibkara 2,2 mlrd. manat həcmində dövlətin güzəştli krediti verilib ki, bunun 1 mlrd. manatı dövlət büdcəsinin, digər hissəsi isə qaytarılan kreditlərin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır