2018-ci ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 82.8 mln. manat məbləğində sığorta haqqı toplanıb, 23 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
BBN.az xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 71.9 mln. manat, ödənişlər isə 18 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 10.9 mln. manat, ödənişlər isə 5 mln. manat olub.
2018-ci ilin yanvar ayı ərzində sektor üzrə məcmu sığorta haqlarının 87%-i könüllü, 13%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin hesabına formalaşıb.
2018-ci ilin yanvar ayı ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.