2018-ci ilin yekunu üzrə Azərbaycan Respublikasının TƏDİYƏ BALANSI

2018-ci  il  üzrə  tədiyə  balansının  ümumi  profisiti  həm  neft  qiymətinin  33% bahalaşması, həm    də    Cari    Əməliyyatlar    Balansında    yaranmış    müsbət    tendensiyalar    hesabına formalaşmışdır.   Cari   Əməliyyatlar   Balansında   yaranmış   6.1   mlrd.$-lıq   profisit   ehtiyat aktivlərinin 3.5 mlrd.$ artmasını şərtləndirmişdir.

2018-ci il üzrə tədiyə balansının əsas göstəriciləriM

Qeyd: Tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 69.6$ (2017-ci ildə 52.4$) olmuşdur.

1  Tədiyə balansının metodoloji tərtibatı ilə bağlı http://cbar.az/assets/1186/final_metod.pdf səhifəsinə müraciət edilə bilər.

Cari əməliyyatlar hesabı

2018-ci ilin yekunu üzrə cari əməliyyatlar hesabında 6.1 mlrd.$ (2017-ci ilə nəzərən 3.6 dəfə artım) məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə profisit 1.7 dəfə (5.5  mlrd.$)  artaraq  12.9  mlrd.$,  qeyri-neft  sektoru  üzrə  CƏB  kəsiri  isə  ötən  ilə  nəzərən (ö.i.n.)  19.6%  (1.1  mlrd.$)  artaraq  6.8  mlrd.$  məbləğində  olmuşdur.  Nəticədə  neft-qaz sektorunun  profisiti  qeyri-neft  sektoru  üzrə  cari  hesabın  kəsirini  tam  örtmüşdür.  CƏB profisitinin əsas amilləri:

  • Xarici ticarət balansında profisitin 1.6 dəfə artması;
  • İxracın neft-qaz sektoru üzrə 40%, qeyri-neft sektoru üzrə isə 10% artması;
  • Xidmətlər  balansında  kəsirin  1.6  dəfə  azalması,  o  cümlədən,  tikinti  xidmətləri  üzrə kəsirin 1.9 dəfə (1.1 mlrd.$) və digər işgüzar xidmətlər üzrə kəsirin 1.5 dəfə (392 mln.$) azalması;
  • Təkrar gəlirlər balansında profisitin 3.2% (23 mln.$) artması.

Xarici ticarət balansı

2018-ci ildə xarici ticarət dövriyyəsi 31.7 mlrd.$ təşkil etmişdir. Neft-qaz sektoru üzrə 17.4 mlrd.$  həcmində  yaranmış  profisit  qeyri-neft  sektoru  üzrə  7.6  mlrd.$-lıq  kəsiri  bağlamış  və nəticədə xarici ticarət balansında 9.8 mlrd.$-lıq (ö.i.n. 1.6 dəfə artım) profisit yaranmışdır.

2018-ci  ildə Azərbaycanın  dünyanın 185-dək  dövləti  ilə ticarət əlaqələri  olmuşdur. Xarici ticarətin 12%-i MDB üzvü olan dövlətlərin, 88%-i isə digər xarici dövlətlərin payına düşür.

Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 20.8 mlrd.$ (37.2% artım) təşkil etmişdir. Xarici   dövlətlərə   17.2   mlrd.$   neft   məhsulları   ixrac   olunmuş,   ixrac   olunmuş   neft məhsullarının  620.5  mln.$-ı  neft  emalı  məhsullarının,  16.6  mlrd.$-ı  isə  xam  neftin  ixracının payına düşür.

2018-ci ildə qeyri-neft ixracı artım dinamikası göstərir, ölkənin qeyri-neft ixracı ö.i.n. 9.8% artaraq 1.6 mlrd.$ təşkil etmişdir.

Əmtəə idxalı. 2018-ci ildə əmtəə idxalı ö.i.n. 21.2% artaraq 11.0 mlrd.$ təşkil etmişdir, o cümlədən  istehlak  mallarının  idxalının  ümumi  dəyəri  isə  4.8  mlrd.$  olmuş,  bunun  da  1.5 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal  ö.i.n. 19.7% artaraq 9.2 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (1.9 dəfə), kimya məhsullarının (40.9%), ağac məmulatlarının (39.5%), alkoqollu və alkoqolsuz içkilərin (28.8%), daş  və  şüşə  məmulatlarının  (22.0%),  mebel  məhsullarının  (20.7%)  və  qara  metal  və  ondan hazırlanmış   məmulatların   (14.2%)   idxalı   artmış,   şəkərin   (39.6%),   dəmiryol   nəqliyyat vasitələrinin (21.3%) və dənli bitkilərin (11.7%) idxalı isə azalmışdır.

İdxalın   strukturunda   xarici   investisiyalar   hesabına   gətirilmiş   maşın-avadanlıqların   və malların xüsusi çəkisi 10.7% təşkil edərək 1.2 mlrd.$ olmuşdur.

Xidmətlər balansı

2018-ci  ilin  yekunu  üzrə  xarici  dövlətlərlə  Azərbaycanın  iqtisadi  əlaqələrində  xidmətlərin ümumi  həcmi  11.5  mlrd.$  təşkil  etmişdir.  Bunun  6.8  mlrd.$-ı  qeyri-rezidentlər  tərəfindən Azərbaycanın   rezidentlərinə,   4.7   mlrd.$-ı   isə   Azərbaycan   rezidentlərinin   xarici   ölkələrin rezidentlərinə   göstərilən   xidmətlərdir.   Nəticədə   xidmətlər   balansında   2.1  mlrd.$-lıq   kəsir yaransa da, ötən ilə nəzərən 1.6 dəfə azalmışdır.

Neft-qaz  sektoru  üzrə  kəsir  1.7  mlrd.$  olmuşdur  (əsasən  1.3  mlrd.$  tikinti  xidmətləri  və 601 mln.$ digər işgüzar xidmətlər). Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri idxalın artması ilə əlaqədar olaraq ö.i.n. 26.5% artaraq 350 mln.$ təşkil etmişdir.

Qarşılıqlı  xidmətlər  dövriyyəsinin  24%-i  nəqliyyat  xidmətləri  üzrə  aparılan  əməliyyatların payına  düşür. Ümumi dəyəri 2.7 mlrd.$ olan nəqliyyat  xidmətlərinin  45%-i  qeyri-rezidentlərin Azərbaycanın   nəqliyyat   sistemlərindən   istifadə   etmələri   ilə   əlaqədardır.   Azərbaycanın rezidentlərinin  qeyri-rezidentlərə  göstərdikləri nəqliyyat  xidmətlərinin  dəyəri  1.2 mlrd.$,  qeyri-rezidentlərin   Azərbaycan   rezidentlərinə   göstərdikləri   nəqliyyat   xidmətlərinin   dəyəri   isə 1.5  mlrd.$  təşkil  etmişdir.  Dövr  ərzində  qeyri-neft  sektoru  üzrə  nəqliyyat  xidmətlərinin  ixracı 42% artmışdır

2018-ci  il  üzrə  qarşılıqlı  turizm  xidmətlərinin  dövriyyəsi  ö.i.n.  13.3%  azalaraq  4.9  mlrd.$ təşkil  etmişdir.  Hesabat  dövrü  ərzində  turizm  xidmətləri  üzrə  ixrac  (2.6  mlrd.$)  idxalı  (2.3 mlrd.$) üstələməsi nəticəsində  349.8  mln.$  həcmində profisit yaranmışdır  (2018-ci  il  ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 6% artıb).

Xarici  ölkələr  tərəfindən  Azərbaycan  rezidentlərinə  turizmlə  bağlı  göstərilən  xidmətlərin dəyəri  2.3  mlrd.$  məbləğində  olmuşdur.  Bunun  87%-i  Azərbaycan  vətəndaşlarının  şəxsi səfərləri ilə  bağlı  xarici  ölkələrdə  olarkən  sərf  etdikləri vəsaitlərin  (məkik  idxal  üçün  vəsaitlər istisna olmaqla) payına düşür.

Hesabat  dövründə  qeyri-neft  sektoru  üzrə  qeyri-rezidentlərə  ödənilən  tikinti  xidmətlərinin dəyəri ö.i.n. 30% azalaraq 25.1 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ö.i.n. 3.8% azalaraq 799.4 mln.$ olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə neft-qaz sektoru üzrə 2.9 mlrd.$ kəsir, qeyri-neft sektoru üzrə isə 390 mln.$ profisit olmuşdur.  Nəticədə  ilkin  gəlirlər  balansında  kəsir  ö.i.n.  40% artaraq  2.5 mlrd.$ təşkil  etmişdir.  İlkin  gəlirlər  üzrə  daxilolmaların  və  ödənişlərin  ümumi  dövriyyəsi  5.7  mlrd.$ olmuşdur. Bunun 71.5%-i (4.1 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu  məbləğin  isə  əsas  hissəsini  (2.8  mlrd.$)  beynəlxalq  neft-qaz  konsorsiumları  üzrə  xarici investorların   payına   düşən   gəlirlərin   repatriasiyası  (əsasən   xam   neft   şəklində),   qiymətli kağızlar  portfeli  üzrə  qeyri-rezidentlərə  ödənilən  faizlər  (358.1  mln.$)  və  xarici  kreditlərdən istifadəyə  görə  ödənilən  faizlər  (488.2  mln.$)  təşkil  edir.  Qeyri-neft  sektoru  üzrə  ilkin  gəlirlər balansının profisiti ö.i.n. 4.5 dəfə artması dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır.

Təkrar gəlirlər balansı

Təkrar  gəlirlər  üzrə  xarici  ölkələrlə  aparılan  əməliyyatların  ümumi  dəyəri  1.6  mlrd.$ məbləğində  qiymətləndirilmişdir.  Daxilolmalar  1.2  mlrd.$,  ödənişlər  isə  436.8  mln.$  təşkil etmişdir.

Təkrar  gəlirlər  üzrə  ümumi  daxilolmaların  92.4%-i  xarici  ölkələrdən  fiziki  şəxslərin  pul baratları,  6.3%-i  ölkəyə  gətirilən  humanitar  və  yardım  mallarının  dəyəri,  1.3%-i  isə  digər daxilolmalar  təşkil  edir.  Ölkəyə  göndərilən  pul  baratlarının  həcmi  5.8%  artaraq  1.1  mlrd.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 5.4% artaraq 361.4 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 718.3 mln.$ müsbət saldo yaranmışdır.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 731.4 mln.$ (ö.i.n. 3.2% artım) təşkil etmişdir.

Maliyyə hesabı

2018-ci  il  üzrə  ölkənin  xalis  maliyyə  aktivləri  4786.1  mln.$  artmışdır.  Bu  göstərici  xaricə yönəldilmiş  birbaşa  investisiyalar  (1760.9  mln.$),  portfel  investisiyaları (818.7  mln.$),  törəmə maliyyə alətləri (-3.6 mln.$) və digər investisiyalar (2210.1 mln.$) hesabına formalaşmışdır.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1595.3 mln.$ təşkil etmişdir ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (952.9 mln.$), neft bonusu (450.1 mln.$), portfel investisiyaları (-422.3 mln.$), törəmə maliyyə alətləri (-4.5 mln.$) və digər investisiyalar (619.1 mln.$) hesabına formalaşmışdır.

2018-ci ilin yekunu üzrə xalis maliyyə aktivləri və öhdəlikləri

Birbaşa investisiyalar

Birbaşa  investisiyalar  formasında  xaricdən  cəlb  olunmuş  sərmayələrin  ümumi  məbləği 4.1 mlrd.$ olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 76.5% təşkil etmişdir.

2018-ci  ildə  tədiyə  balansında  birbaşa  investisiyalar  maddəsinin  neft-qaz  sektoru  üzrə xalis maliyyə öhdəliklərinin (952.9 mln.$) artımı cəlb olunmuş investisiya ilə (4109.1mln.$) kapitalın repatriasiyası (3156.2 mln.$) arasındakı fərqdən formalaşır.

Beynəlxalq Valyuta Fondunun tədiyə balansı üzrə yeni (6-cı nəşr) Təlimatının tələblərinə uyğun olaraq tədiyə balansının strukturunda kapital və maliyyə hesabı Aktivlər/Öhdəliklər prinsipi üzrə təsnifləşdirilmişdir.

Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 967.1 mln.$ olmuşdur.

 Haşiyə   1.  Azərbaycanın  neft-qaz  sektoruna  cəlb  olunmuş  investisiyaların  həcmi,  strukturu, investorlar   arasında   pay   bölgüsü   və   qoyulmuş   sərmayələrin   sonradan   gəlir   və   kapital formasında ölkədən çıxarılması (repatriasiya) müvafiq beynəlxalq neft-qaz sazişlərinə və BVF- nun tövsiyələrinə əsasən həyata keçirilməkdədir.

Bağlanmış  müqavilələr  əsasında  gəlirlərin  “repatriasiyası”  dövr  ərzində  xarici  investorun yatırdığı  investisiyadan  əldə  etdiyi  gəlirdir.  Qeyd  edək  ki,  bu  sazişlərə  əsasən  müvafiq konsorsiumlarda  olan  payçılar  hesabat  dövrü  ərzində  Azərbaycan  iqtisadiyyatına  qoyduqları investisiyaların hamısını hasil edilən və ixrac olunan xam neft şəklində geri götürürlər (kapitalın repatriasiyası). Bu əməliyyat faktiki olaraq tədiyə balansının maliyyə hesabında ölkənin birbaşa investisiyalar üzrə xarici öhdəliklərinin azalması (mənfi işarə) deməkdir (“-” net incurrence of liabilities)

Kreditlər və digər investisiyalar

Hesabat  dövründə  kreditlər  və  ssudalar  üzrə  xalis  maliyyə  aktivləri  145.9  mln.$  artmış, xalis  maliyyə  öhdəlikləri  isə  63.2  mln.$  azalmışdır.  Kreditlər  və  ssudalar  üzrə  xalis  maliyyə öhdəlikləri  dövlət  təminatlı  kreditlər  hesabına  artmış,  neft-qaz  sektorunun  kreditləri,  birbaşa dövlət kreditləri, firmaların və digər müəssisələrin kreditləri və bankların kreditləri hesabına isə azalmışdır.

Depozitlər   və   nağd   valyuta   üzrə   xalis   maliyyə   aktivləri   863.3   mln.$,   xalis   maliyyə öhdəlikləri isə 107.1 mln.$ azalmışdır.

Ehtiyat aktivləri

Hesabat dövründə ölkənin ehtiyat aktivləri 3.5 mlrd.$ məbləğində artmışdır.

 Haşiyə   2 .   Ehtiyat  aktivləri  –  bu  maddə  Cari  əməliyyatlar  və  Maliyyə  hesabında  baş  vermiş əməliyyatların   nəticəsi   olaraq   ölkənin   valyuta   ehtiyatlarının   artıb/azalmasını   ifadə   edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının  profisiti/kəsiri  hesabına  maliyyələşməlidir/örtülməlidir.  Lakin,  əgər  cari  hesabın kəsiri/profisiti     tam     olaraq     kapital     və     maliyyə     hesabının     profisiti/kəsiri     hesabına maliyyələşmirsə/örtülmürsə,   onda   bu   fərq   ehtiyat   aktivləri   (valyuta   ehtiyatları)   hesabına maliyyələşə/örtülə bilər.

Tədiyə  balansının  ümumi  kəsirini  ehtiyat  aktivlər  maliyyələşdirmirsə  (və  ya  əksinə,  profisit ehtiyat  aktivlərin  artımında  əks  olunmursa),  yaranan  fərq  balanslaşdırıcı  maddələrdə  saldo kimi öz əksini tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır