2019-cu ilin əvvəlində iqtisadi artım tempinin yüksəlməsi müşahidə edilir. 2019-cu ilin yanvar ayında ötən ilin müvafiq dövrünə nəzərən iqtisadi artım 2.9% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 2.7% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 12.9%, kənd təsərrüfatında 2.4% artım müşahidə olunub.
Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi ötən 2 ayda qeyri-neft emal sənayesində və ticarətdə artmış, tikinti sektorunda və xidmət sahələrində isə azalma nümayiş etdirib.
İlin qalan dövründə daxili tələbin genişlənməsinin məcmu buraxılış kəsrinə azaldıcı təsir göstərəcəyi gözlənilir.