2019-cu ilin birinci rübündən traktorların yığımına başlanılacaq

2019-cu ilin birinci rübündən traktorların yığımına başlanılacaq.

Bu barədə, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 11-ci iclasında iştirak edən Gəncə avtomobil zavodunun müşahidə şurasının sədri Xanlar Fətiyev məlumat verib.

Belə ki, Türkiyədə yerləşən və tikintisi cari ilin sonuna başa çatacaq olan Azərbaycan-Belarus birgə zavodunun ilkin mərhələdə ildə 2500 traktor istehsal etməsi planlaşdırılır. Sonralar bu rəqəmin 5000-ə çatdırılmağı gözlənilir.

Qeyd etmək lazımdır ki, ötən il Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi 160 milyon dollar həcmində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır