2019-cu ilin yanvar ayı üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2019-cu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 88.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 17.2 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.           

Könüllü sığorta bazarı üzrə haqlar 72.6 mln. manat, ödənişlər isə 10.8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 15.6 mln. manat, ödənişlər isə 6.4 mln. manat olub.

2019-cu ilin yanvar ayında sektor üzrə məcmu sığorta haqlarının 82.3%-i könüllü, 17.7%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin isə 62.8%-i könüllü, 37.2%-i icbari sığorta növləri hesabına formalaşıb.

2019-cu ilin yanvar ayı ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır