İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin mart ayı üçün sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Respublikasının ixracı 3,2 milyard ABŞ dolları təşkil edib.
Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 40 milyon ABŞ dolları və ya 16,5 faiz artıb. Cari ilin ilk iki ayı ərzində Rusiyaya 82 milyon, Türkiyəyə 63,6 milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon və İrana 8,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində Rusiyaya qeyri-neft ixracı 21%, Gürcüstana 13% vəİrana 2,1 dəfə artıb.