2040-cı ildə neftin qiyməti 155 dollar olacaq

OPEC-in 2040-cı il üzrə “Neftin tələb və təklif göstəriciləri” icmalında (Oil supply and demand outlook to 2040) belə deyilir.

İcmalda yer alan proqnozlara əsasən, 2016-cı ildə 40$ həcmində reallaşan neft qiymətlərinin 2021-ci ilə qədər 5$ artaraq, 45$-a çatacağı 2040-cı ildə isə nominal ifadədə 155$ olacağı yəni 2015-ci ilin qiymətlərinə ekvivalent olaraq 92$ səviyyəsinə çatacağı gözlənilir.

Qeyd edək ki, 2015-2040-cı illəri əhatə edən dövr üçün iqtisadi artım proqnozu 3,5%-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır