Dollar əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI

BBN.az olaraq, bankların dollar əmanətlərinin faizlərinə görə sıralamasını təqdim edirik. Sıralama üçün istifadə edilən faiz dərəcəsi bankların 1 illik dollar əmanəti yerləşdirməsi üçün təklif etdiyi maksimum faiz dərəcəsidir.

Araşdırma zamanı müəyyən edilib ki, demək olar ki,  bütün banklarda qorunan əmanət  məhsulu mövcuddur və bankların əksər hissəsi də bu faiz dərəcəsindən (3%) yuxarı əmanət məhsulu təklif etmir. 10 bank bu həddən yuxarı qazanc təmin edən əmanət təklif edir.

Ümumilikdə isə bir illik dollar əmanəti üçün təklif edilən ən yuxarı faiz dərəcəsi 9%-dir -“Ata Bank”.  Ən aşağı faiz dərəcəsi isə 0.5% təşkil edir – “Kapital Bank” və “Azər Türk Bank”.

Yalnız “PAŞA Bank”da əmanətlər üzrə faiz dərəcəsi individual olaraq, müəyyənləşir.

“Bank Melli İran Bakı filialı” isə hazırda dollar əmanəti təqdim etmir.

Sıra Banklar 1 illik dollar əmanəti üzrə maksimum faiz dərəcəsi
1 AtaBank 9.00%
2 NBC Bank 8.00%
3 Amrahbank 6.30%
4 DəmirBank 6.00%
5 Muğanbank 6.00%
6 TuranBank 4.50%
7 Bank BTB 4.00%
8 NİKOYL Bank 3.50%
9 Azərbaycan Beynəlxalq Bankı 3.30%
10 Unibank 3.10%
11 AGBank 3.00%
12 Bank Respublika 3.00%
13 AccessBank 3.00%
14 Caspian Development Bank 3.00%
15 Yapı Kredi Bank Azərbaycan 3.00%
16 Rabitəbank 3.00%
17 Günay Bank 3.00%
18 AFB Bank 3.00%
19 Silk Vey Bank 3.00%
20 Bank of Baku 2.50%
21 Expressbank 2.50%
22 Bank Avrasiya 2.30%
23 Bank VTB 2.00%
24 Naxçıvanbank 2.00%
25 Ziraat Bank Azərbaycan 1.00%
26 Azərbaycan Sənaye Bankı 1.00%
27 Xalq Bank 1.00%
28 Azər Türk Bank 0.50%
29 Kapital Bank 0.50%
30 PAŞA Bank İndividual


BBN.az tərəfindən aparılan bu tip bazar araşdırmaları ilə mütəmadi olaraq, tanış olmaq üçün səhifəmizi bəyənə bilərsiniz.
Nəzərə alınması lazım olan məsələ isə hər bir bank fərqli, özünəməxsus xüsusiyyətləri və şərtləri olan əmanət məhsulları təqdim edilməsidir.

Həmçinin bax:

Manat əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI

Banklarda əmanətlər üzrə maksimum faiz nə qədərdir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır