“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, 2017-cı ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılan və müvafiq sənədləri təqdim edən 240 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.
Qeyd edək ki, Bu ümumilikdə 11266 mənzili əhatə edir.