Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 2447 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.
Qeyd olunan şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər – 464 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.