26 mindən çox fiziki şəxs sahibkarlıqla məşğul olmaq istəyir

Cari ilin əvvəlindən ölkədə 2045 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artıb.

AZƏRTAC “Vergiler.az” saytına istinadla bildirir ki, müəssisə və təşkilatların 97,2 faizi xüsusi mülkiyyətli (onlardan 5,4 faizi tam xarici investisiyalı, 1,5 faizi birgə mülkiyyətli), 0,2 faizi bələdiyyə mülkiyyətli, 2,6 faizi dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Həmin dövr ərzində fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 26 min 500-ə yaxın fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 44,6 faiz artıb.

Yeni fəaliyyətə başlayan müəssisələrin böyük bir hissəsi ticarət, tikinti və nəqliyyat sahələrini əhatə edir. Yeni müəssisə və şirkətlərin ümumi payında həmin sahələrin xüsusi çəkisi təxminən 35-40 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır